00:21 09-05-2013
news_image
740
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov turnirə məğlubiyyətlə başladı

Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeystermiz Teymur Rəcəbov ilk görüşdə Rusiya şahmatçısı Serqey Karyakinlə qarşılaşıb.

Turnirə qara fiqurlarla başlayan zəka sahibimiz rəqibinə məğlub olub.

Qeyd edək ki, yarışın II günündə Rəcəbov bolqarıstanlı qrossmeyster Veselin Topalovla üz-üzə gələcək.