06:53 10-05-2013
news_image
1395
DİGƏR NÖVLƏR

Olimpiya çempionu bədbəxt hadisənin qurbanı oldu

ABŞ-da britaniyalı olimpiya çempionu Endryu Simpson bədbəxt hadisə nəticəsində həlak olub. Apasport.az saytının məlumatına görə, yelkən idmanı üzrə 36 yaşlı Simpsonun təlim zamanı katamaranı çevrilərək suyun altında qalıb.

Onu suyun altından yalnız 10 dəqiqədən sonra çıxarıblar. Lakin idmançını həyata qaytarmaq mümkünsüz olub.

Qeyd edək ki, Böyük Britaniya imperiyası ordeninin kavaleri Simpson 2008-ci il Pekin Olimpiadasının qızıl medalına layiq görülüb. 2010-cu ildə Endryu dünya çempionu titulunu, 2012-ci il London Olimpiadasında isə gümüş medal qazanıb.