21:51 10-05-2013
news_image
1098
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Norveçdə ilk qələbəsinə sevindi

Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov III görüşünü keçirib.

Təmsilçimiz bu dəfə yerli şahmatçı Lüdviq Hammerlə qarşılaşıb. Ağ fiqurlarla mübarizə aparan zəka sahibimiz rəqibini məğlub edərək, turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, aktivində 1,5 xal olan Rəcəbov yarışın IV günündə Vanq Hao ilə üz-üzə gələcək.