12:45 11-05-2013
news_image
1133
DİGƏR NÖVLƏR

Daha 2 cəhd uğursuz oldu

ABŞ-ın Fort Benninq şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışda 2 snayperlə təmsil olunan Azərbaycan millisi hələ medal qazana bilməyib.

Belə ki, İradə Aşumovanın ilk cəhdində 14-cü olmasının ardından (10 m) hədəf önünə Ruslan Lunyov çıxıb. Təmsilçimiz üçün 25 m məsafədən atəşaçma yarışı elə də pis alınmayıb. Ruslan 580 xalla 8-ci olub və ilk “altılığa” düşərək, finala yüksəlməsinə cəmi 1 xalı çatmayıb. Lunyov 10 m məsafədən hədəfi nişan almaqda isə 15-ci pilləni tutub.

Qeyd edək ki, mayın 13-də başa çatacaq Dünya Kubokunda Aşumova 25 m, Lunyov isə 50 m məsafəyə atəşaçma yarışlarına da qatılacaq.