22:30 12-05-2013
news_image
959
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov yenə heç-heçəyə razılaşdı

Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov IV görüşünü keçirib.

Turnirdə 1 dəfə məğlub olan, 1 dəfə heç-heçə edən və 1 dəfə də qələbə qazanan təmsilçimiz bu dəfə çinli şahmatçı Vanq Hao ilə üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan zəka sahibimiz rəqibi ilə xalları yarı bölüb.

Qeyd edək ki, aktivində 1 xal olan Rəcəbov yarışın V günündə ermənistanlı şahmatçı Levon Aronyanla qarşılaşacaq.