22:29 13-05-2013
news_image
882
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Levon Aronyanla xalları yarı böldü

Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov V görüşünü keçirib.

Təmsilçimiz bu dəfə ermənistanlı şahmatçı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla mübarizə aparan zəka sahibimiz rəqibi ilə heç heçə edib. Bu həmçinin Teymurun turnirdə 3-cü heç-heçəsidir.

Qeyd edək ki, aktivində 2.5 xal olan Rəcəbov yarışın VI günündə yerli şahmatçı Maqnus Karlsenlə üz-üzə gələcək.