12:04 14-05-2013
news_image
1217
DİGƏR NÖVLƏR

Dünya Kubokuna 2 idmançı ilə

Güllə atıcılığı üzrə Azərbaycan yığması Dünya Kubokuna 2 snayperlə qatılacaq. Apasport.az saytının məlumatına görə, Almaniyanın Münhen şəhərində keçiriləcək yarışda ölkəmizin idman şərəfini Ruslan Lunyov və Rəsul Məmmədov qoruyacaqlar. Mayın 23-də start götürəcək Dünya Kuboku isə 1 həftə davam edəcək.

Qeyd edək ki, yarışa 79 ölkədən 716 snayper qatılacaq.