08:31 15-05-2013
news_image
936
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen: Rəcəbova öz oyununu oynamağa imkan vermədim

“Düzdür, bu dəfə həmin böyük gərginlik müşahidə olunmurdu. Həm də belə endşpildə yaxşı atla pis filə qarşı mübarizədə uğur qazanmağıma şansım iddiaçıların turnirindəkindən daha çox idi. Endşpilin özü də o qədər uzun olmadı”. Apasport.az saytının məlumatına görə, bunu norveçli qrossmeyster Maqnus Karlsen deyib.

Təcrübəli zəka sahibi Norveçin Stavanqer şəhərində keçirilən super turnirdə həmyerlimiz Teymur Rəcəbova qalib gəldiyi oyunu şərh edib: “Rəqibə öz oyununu oynamağa imkan vermək istəmirdim. Teymur təşəbbüsü ələ alaraq, hücum etməyi sevir. Buna görə də mən debütdə sakit oynamağa çalışırdım”.