12:12 15-05-2013
news_image
4382
DİGƏR NÖVLƏR

Azərbaycanın ən cazibədar idmançıları bir araya gəldilər - FOTOSESSİYA

“Nargis” jurnalı Azərbaycan idmansevərləri üçün yeniliyə imza atıb. Apasport.az saytının məlumatına görə, dərgi “İdman instinkti” adlı foto-layihə üçün ən yaraşıqlı idmançılarını bir araya gətirib.

Belə ki, idman – sadəcə yarış, qələbə və ya məğlubiyyət deyil. Bu həm də idmançıların özlərinin cazibədarlığıdır. Bunu əsas tutan “Nargis” jurnalı “İdman instinkti” adlı foto-layihədə iştirak etmək üçün ən cazibədar idmançıları bir araya gətirib. Nəşrin dəb redaktoru Stanislav Karavayev bildirib ki, bu layihədə cazibədarlıq açıq-aşkar deyil, amma daha dərindir: “Biz, idmançıların cazibədarlığını çılpaq bədənlərini və alt paltarlarını nümayiş etdirməklə göstərmək istəmədik. Buradakı cazibədarlıq açıq-aşkar deyil, amma daha dərindir. Fotosessiya zamanı layihənin xarakterinə uyğun olaraq xüsusi cazibədarlığı ilə seçilən GUESS üslubuna daha çox üstünlük verdik. Nəticədən razıyıq”.

Qeyd edək ki, fotosessiyada Zeynəb Cavadlı, Səbinə Mikina, Tərlan Kərimov, Ruslan Seyidov, Branimir Subaşiç, Rüstəm Orucov və başqa tanınmış idmançılar iştirak ediblər.