21:30 15-05-2013
news_image
885
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov yenə məğlub oldu

Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov VII görüşünü keçirib.

Ötən gün yerli şahmatçı Maqnus Karlsenə uduzan təmsilçimiz bu dəfə hindistanlı qrossmeyster Vişvanatan Anandla qarşılaşıb. Ağ fiqurlarla mübarizə aparan zəka sahibimiz yenə rəqibinə məğlub olub.

Qeyd edək ki, aktivində 2.5 xal olan Rəcəbov yarışın VIII günündə amerikalı şahmatçı Hikaru Nakamura ilə üz-üzə gələcək.