21:08 17-05-2013
news_image
1097
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov yenə uduzdu

Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov VIII görüşünü keçirib.

Ötən gün hindistanlı şahmatçı Vişvanatan Ananda məğlub olan təmsilçimiz bu dəfə amerikalı qrossmeyster Hikaru Nakamura ilə üz-üzə gəlib. Rəcəbov yenə rəqibinə uduzub. Bu həmçinin Teymurun turnirdə 4-cü məğlubiyyəti olub.

Qeyd edək ki, aktivində 2.5 xal olan Rəcəbov yarışın IX günündə rusiyalı şahmatçı Petr Svidlerlə qarşılaşacaq.