10:30 20-05-2013
news_image
2276
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan çempionu kanalda öldü

Şəmkirdə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə dünən günorta saat 14 radələrində rayonun Kür qəsəbəsində, Yeniabad kəndi ərazində qeydə alınıb.

Qəsəbə sakini 13 yaşlı Elman Həsənov kəndin yaxınlığından keçən su kanalına düşərək batıb.

Dərhal hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli dəstəsinin əməkdaşları və Mingəçevir şəhərindən “Aran-Dalğıc” Sularda Xilasetmə dəstəsi cəlb edilib.

Təxminən 5 saat davam edən axtarışdan sonra Elman Həsənovun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda tapılıb və valideynlərinə təhvil verilib. Hadisə şahidlərinin sözlərinə görə, mərhum göldə ayaqlarını yuyurmuş ayağının sürüşməsi nəticəsində kanala yıxılıb.

Məlumata görə, kanalda boğulan Elman Həsənov yunan-Roma güləşi üzrə bir neçə dəfə Azərbaycan çempionu olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.