12:11 20-05-2013
news_image

20 cüdoçuya 3 medal

Ukraynanın paytaxtı Kiyevdə gənc cüdoçular arasında Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 20 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 3 medalla qayıdıb.

60 kq çəkidə mübarizə aparan Rəşad Rufullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Davud Məmmədov (55 kq) ikinci yeri tutub. Mehman Sadıqov (60 kq) isə komandamızın hesabına bürünc medal yazdırıb.

Qeyd edək ki, millimiz komanda hesabında 5-ci yeri tutub.