09:40 21-05-2013
news_image

Avropa çempionatında 4 medal

İtaliyanın Krema şəhərində keçirilən sambo üzrə Avropa çempionatının qalibləri bilinib. Apasport.az saytının məlumatına görə, səfərə 9 idmançı ilə yollanan Azərbaycan millisi yarışı 4 medalla başa vurub.

Kənan Qasımovla (90 kq) Nizami Məmmədov (100 kq) “gümüş”, İslam Qasımovla (57 kq) Cavidan Qarayev (62 kq) isə “bürünc”lə kifayətləniblər.