10:14 21-05-2013
news_image
1122
STOLÜSTÜ OYUNLAR

Bakı klubu Rodos adasına gedəcək

Yunanıstanın Rodos adasında təşkil ediləcək şahmat üzrə klublararası Avropa çempionatının keçiriləcəyi tarix açıqlanıb. Apasport.az saytının məlumatına görə, 7 turdan ibarət olacaq yarış oktyabrın 19-da start götürəcək. Çempionatın qalibi həmin ayın 27-də bilinəcək. Turnirin mükafat fondu isə 51 min avro olacaq.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Bakının SOCAR (kişilər) klubudur.