11:10 22-05-2013
news_image
925
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Qran-pri turnirindən imtina etdi

Bu gün Yunanıstanın Saloniki şəhərində şahmat üzrə Qran-pri çərçivəsində 4-cü turnirin startı veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda iştirak etməli olan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Ellada torpağına getməyib.

Həmyerlimiz buna səbəb kimi ailə məsələlərini göstərib. Onun yerinə Etyen Bakro (Fransa) oynayacaq. İlk 3 turnirə qatılan Şəhriyar Məmmədyarov isə bu dəfə istirahət edəcək.

Qeyd edək ki, Teymurun yaxın günlərdə ata olacağı gözlənilir.