15:53 22-05-2013
news_image
1147
DİGƏR NÖVLƏR

“Synergy Baku”nın üzvü İrlandiyada üçüncü oldu

İrlandiyada keçirilən “An Post Rás 2013” veloturu davam edir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən “Synergy Baku”nın üzvü də fərqlənib.

Belə ki, çoxgünlük yürüşün 3-cü mərhələsində komandamızdan ən yaxşı göstəriciyə avstraliyalı legioner Riko Rocers imza atıb. O liderlər qrupunda yer alaraq, finişə 3 saat 23 dəqiqə 29 saniyəyə çatıb. Bu göstərici Rocersi 9-cu edib. Əsas mərhələdə isə “Synergy Baku”nın digər legioner – irlandiyalı Konnor Makkonvey 3-cü olub.