10:23 24-05-2013
news_image

Dünya çempionatı üçün heyət açıqlandı

Parataekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, iyunun 8-də İsveçrənin Lozanna şəhərində start götürəcək mundialda baş məşqçi Əvəz Tağıyev 15 idmançıya gücənəcək.

O, heyətə Emin Nüsrətdinov, Sahib Xasıyev, Namiq Abbasov, Rövşən Qəhramanlı, Əbülfəz Abuzərli (hamısı 58 kq), Nicat Müslümov, Anar Hüseynov (hər ikisi 68 kq), Aleksandr Poluşuk, Rövşən Rzayev (hər ikisi 80 kq), Vüsal İsmayılov, Vüqar Adışirinov, Cahangir Bayramov (hər üçü +80 kq), Royala Fətəliyeva, Bahar Şıxəliyeva (hər ikisi 49 kq) və Aynur Məmmədovanın (57 kq) adını daxil edib. İyunun 7-də səfərə yollanacaq parataekvondoçularımız 3 gün sonra Bakıya dönəcəklər.

Qeyd edək ki, artıq yarış öncəsi son təlim-məşq toplanışına start verilib. İsmayıllı Olimpiya İdman Kompleksində hazırlıqlara başlayan idmançılar gündə 3 dəfə olmaqla texniki, taktiki və fiziki məşqlər keçirlər. Hazırlıq iyunun 4-də başa çatacaq.