16:02 25-05-2013
news_image
1068
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatı üçün heyət bilindi

İyunun 5-11-də Rusiyanın Xanti-Maysiysk şəhərində şahmatın rapid və blits növləri üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi 4 zəka sahibi ilə təmsil olunacaq. Komandamızın heyətinə Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli daxil ediliblər.

Qeyd edək ki, şahmatçılar iyunun 6-8-də rapid, 9-10-də blits növündə ən güclüləri müəyyənləşdirəcəklər.