10:08 27-05-2013
news_image
1304
DİGƏR NÖVLƏR

“An Post Rás 2013”: İdmançımız ikinci pillədə

İrlandiyada davam edən “An Post Rás 2013” çoxgünlük velosiped yarışında 7-ci mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Çexiyanın “Sparta Praqa Kontinental” komandasının velosipedçisi Tomas Okroulski finişə hamıdan birinci gəlməklə, mərhələnin qalibi olub.

İrlandiyalı idmançı Roger Ayken ikinci, çexiyalı Roabert Kratoxvil üçüncü yerə layiq görülüb. “Synergy Baku Cycling Project” komandasının velosipedçilərindən ən yaxşı nəticəyə Konnor Makkonvey layiq görülüb. Konnor liderdən cəmi 23 saniyə geri qalmaqla 11-ci pillədə qərərlaşıb.

Qeyd edək ki, 7-ci turun yekununa əsasən komandamızın irlandiyalı velosipedçisi Konnor Makkonvey ümumi nəticəyə əsasən 2-ci pillədə qərarlaşıb. O, ümumi nəticələrə görə lider olan polşalı Markin Bialobloki ilə eyni göstəriciyə malikdir. Digər idmançımız Con Ebsen liderdən 2 dəqiqə 43 saniyə geri qalmaqla, 16-cı pillədədir.