11:20 27-05-2013
news_image

Qumda qızıl “tapmadılar”

İranın Qum şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Turnirdə iştirak edən güləşçilərimizdən Azad Əliyev (66 kq) ikinci, Teymur Umarov (74 kq) isə üçüncü yeri tutub. Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü olublar.