15:11 29-05-2013
news_image

Xebdaya yollanacaq “11-lik” bəllidir

May 31-dən iyunun 2-dək Dağıstanın Xebda rayonunda Suraqat Asyatilovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında açıq respublika turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin 11 güləşçisi də həmin yarışda iştirak edəcək.

Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə Sabutay Əmişov, Fərrux Əliyev (hər ikisi 42 kq), Cəlal Musazadə (46 kq), Tofiq Sadıqlı (50 kq), Nemətdin Rəhmanov, Taleh Məmmədov (hər ikisi 54 kq), Ruslan Abdullayev (58 kq), Elvin Xıdırov, Murad Süleymanov (hər ikisi 63 kq), Ələddin Axundov (76 kq) və Orxan Həsənov (85 kq) yollanacaq.