10:23 30-05-2013
news_image
976
DİGƏR NÖVLƏR

İdmançımız starta çıxmadı

Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə keçirilən Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığması yenə medal qazana bilməyib.

Belə ki, hədəf önünə keçən Ruslan Lunyovla Rəsul Məmmədov mükafatçılar sırasına düşə bilməyiblər. Onlardan birincisi 25 m məsafəyə atəş açmaqda 47-ci, 10 m məsafədən atəş açmaqda 18-ci yeri tutub. Lunyovun adı 50 m məsafədən hədəfi nişan almaqda olsa da, həmyerlimiz qeyri-müəyyən səbəbdən starta çıxmayıb. Məmmədov Dünya Kubokunda çıxışda 20-ci (50 m) və 44-cü olmağı bacarıb.

Qeyd edək ki, yarışa 79 ölkədən 716 snayper qatılıb.