13:50 30-05-2013
news_image
1716
DÖYÜŞ NÖVLƏRİ

Boksçularımız Qazaxıstandan 2 medalla qayıdır

Qazaxıstanın Pavlodar şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, İraq, Monqolustan, Suriya və Tacikistan komandaları da iştirak edib.

Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” klubunun boksçuları – Kamran Orucov (56 kq), Salman İbrahimov (64 kq), Qorxmaz Vəliyev (81 kq), Toğrul İsayev, Vətən Hüseyni (hər ikisi 91 kq) və İlqar Allahverdiyev (91+kq) təmsil ediblər. Komandamız yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilk dəfə 91 kq çəki dərəcəsində çıxış etməsinə baxmayaraq, yalnız finalda uduzaraq, gümüş medala layiq görülüb. Toğrul İsayev isə yarışı 3-cü yerdə başa vurub.