14:06 30-05-2013
news_image
1279
DİGƏR NÖVLƏR

Qış Olimpiya Oyunlarının medalları – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində 2014-cü il Qış Olimpiya Oyunlarının qaliblərinə veriləcək medalların təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə “Soçi-2014” Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko ilə Olimpiya çempionu Svetlana Jurova iştirak edib.

Medallar əyarından asılı olaraq, 460 qramdan 531 qrama qədər dəyişir. Medalın üz tərəfində Olimpiya həlqələri, arxasında yarışın növünün ingilis dilində adı və turnirin emblemi göstərilib. Martın 9-dan 16-dək çıxış edəcək paralampiadaçıların mükafatları demək olar olimpiyaçılardan fərqlənməyəcək.

Qeyd edək ki, gələn ilin fevralın 2-dən 23-dək keçiriləcək Olimpiadada 15 idman növündə 98 komplekt medal oynanılacaq. Ümumiyyətlə isə 1300 medal hazırlanıb. Qızıl medallar üçün 3 kiloqram təmiz qızıl gedəcək.