09:59 31-05-2013
news_image
1265
STOLÜSTÜ OYUNLAR

Zurab Azmayparaşvili Bakının Olimpiada üçün büdcəsini açıqladı

2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının büdcəsi məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq kapitanı, hazırda Gürcüstan idman və gənclər nazirinin I müavini olan Zurab Azmayparaşvili bununla bağlı Rusiya mətbuatına fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, Gürcüstanın da iddia etdiyi Olimpiada Azərbaycana 16 milyon avroya başa gələcək: “FİDE prezidenti Kirsan İlyumjinovun köməkçisi Berik Balqabayev bizimlə görüşdə bildirdi ki, Bakı 2016-cı il Olimpiadasına 16 milyon avro xərcləyəcək. Baş nazirimiz Bidzina İvanişvili Berikə fikrini bitirməyə imkan verməyərək dedi ki, elə bu gün Olimpiada-2018-in keçirməklərinə həmin məbləğdə pulu girov qoymağa hazırdır. Bir anlıq hamının nitqi qurudu”.

Qeyd edək ki, 2016-cı il Olimpiadası sentyabrın 17-30-da olacaq.