17:04 01-06-2013
news_image
1554
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında rəqiblərimiz bəlli oldu

Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, püşkə əsasən Azərbaycan idmançıları yalnız yarışın ikinci günündə rinqə çıxacaqlar.

Boksçularımızdan öncə 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev döyüşəcək. Həmyerlimiz uelsli Cozef Kordina ilə qarşılaşacaq. İsayev bu döyüşdə qalib gəlsə, 2009-cu ilin dünya çempionu bolqarıstanlı Detelin Dalakliyevlə üz-üzə gələcək.

Təcrübəli Samir Məmmədov da iyunun 2-də rinqə çıxacaq. 2007-ci ilin dünya çempionatının mükafatçısı xorvatiyalı Mirsad Ahmedi ilə döyüşəcək. Soltan Migitinovun ailəsində faciə baş verdiyindən onu son anda əvəzləyən Elnur Süleymanovu (75 kq) ilk mərhələdəcə çətin sınaq gözləyir. Boksçumuz ilk görüşünü Ermənistan təmsilçisi Arman Hovhikyana qarşı keçirəcək. Süleymanovun bu yaxınlara qədər 69 kq çəki dərəcəsində çıxış etdiyini nəzərə alsaq, ilk qarşılaşma onun üçün asan olmayacaq.

İyunun 2-də mübarizəyə qoşulacaq boksçularımızdan biri də Tamerlan Abdullayevdir. Onu 2010-cu ilin Avropa çempionu macarıstanlı Balasz Başkai ilə görüş gözləyir.
Qeyd edək ki, Avropa çempionatında 38 ölkənin 208 idmançısı mübarizə aparır.

Azərbaycan idmançılarının rəqibləri

49 kq. Salman Əlizadə - David Albridian (İsrail) – 4 iyun
52 kq. Elvin Məmişzadə - Xose de la Nieve Linares (İspaniya) – 3 iyun
56 kq. Samir Məmmədov – Mirsad Ahmedi (Xorvatiya) – 2 iyun
60 kq. Elvin İsayev – Cozef Kordina (Uels) – 2 iyun
64 kq. Heybətulla Hacəliyev – Vyaçeslav Kislitsin (Ukrayna) – Aleksandros Tsanikidis (Yunanıstan) – 3 iyun
69 kq. Tamerlan Abdullayev – Balasz Başkai (Macarıstan) – 2 iyun
75 kq. Elnur Süleymanov – Arman Hovhikyan (Ermənistan) – 2 iyun
81 kq. Rauf Rəhimov – Petr Mullenberg (Hollandiya) – Cohn Osueke (İngiltərə) – 3 iyun
91 kq. Teymur Məmmədov – Eugenius Tutkus (Litva) – Marko Kaliç (Xorvatiya) – 4 iyun
91+kq. Məhəmmədrəsul Məcidov – Aleksey Zavatin (Moldova) – Mihay Nestor (Rumıniya) – 5 iyun