17:47 02-06-2013
news_image
1046
DÖYÜŞ NÖVLƏRİ

Elvin İsayev Avropa çempionatında ilk qələbəsinə sevindi

Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatına start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan boksçularından ilk olaraq Elvin İsayev (60 kq) rinqə çıxıb.

Milli komandamızın üzvü uelsli Cozef Kordina ilə döyüşdən qalib ayrılıb. Hər 3 hakim həmyerlimizin qələbəsini qeydə alıb – 29:28, 30:27, 29:28. İsayev 18 final mərhələsində bolqarıstanlı Detelin Dalakliyevlə qarşılaşacaq.

Təssüff ki, gənc Elnur Süleymanov (75 kq) qitə çempionatında çıxışını dayandırıb. Turnirdə son anda çıxış etməsi rəsmiləşən Süleymanov Ermənistan təmsilçisi Arman Hovhikyana uduzub – 27:30, 28:29, 27:30.

Qeyd edək ki, Avropa çempionatı yeni xal sistemi ilə keçirilir. Görüş ərzində hansı idmançının hesabda öndə olması bilinmir. Yalnız qarşılaşma başa çatdıqdan sonra 3 hakimin balları əsas götürülür və xallar peşəkar boks sistemindəki kimi hesablanır.

Bu gün daha 2 boksçumuz mübarizəyə qoşulacaq. Bakı vaxtilə 21.45-də Tamerlan Abdullayev (69 kq) macarıstanlı Balasz Başkai ilə, Samir Məmmədov (56 kq) isə xorvatiyalı Mirsad Ahmeti ilə üz-üzə gələcək.