11:27 03-06-2013
news_image
1017
DİGƏR NÖVLƏR

UEG bayrağı Azərbaycana təhvil verildi

Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən Avropa çempionatının bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2014-cü il qitə çempionatı Bakıda keçiriləcəyindən rəmzi olaraq bayraq Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova təqdim edilib.

Belə ki, qitənin ən nüfuzlu yarışı gələn il iyunun 13-15-də Bakıda baş tutacaq. Çempionat hazırda tikilməkdə olan Milli Gimnastika Arenasında keçiriləcək. Kompleks yarışların başlamasınadək tam hazır olacaq.

Qeyd edək ki, Bakıda sayca 3-cü dəfə olacaq çempionata 240 gimnast və 80 rəsmi şəxsin iştirakı gözlənilir.