11:48 03-06-2013
news_image

Taekvondoçularımız “Austrian Open”də 5 medal qazandılar

Yeniyetmə taekvondoçular arasında Avstriyanın İnsbruk şəhərində kecirilən “Austrian Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında qatılan Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Belə ki, həmyerlilərimizdən Nurlan Fətəliyev (53 kq) və Nicat Əsgərli (61 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Əliələsgər Əliyev (61 kq) isə finalda komanda yoldaşı Əsgərliyə məğlub olaraq, gümüş medalla kifayətlənib. Digər taekvondoçulardan Əli İsazadə (37 kq) və Bəxtiyar Həsənov (49 kq) isə yarışı 3-cü yerdə başa vurublar.

Qeyd edək ki, millimiz komanda hesabında 7-ci yeri tutublar. Taekvondoçularımız vətənə iyunun 6-da dönəcəklər.