22:33 03-06-2013
news_image
1117
DÖYÜŞ NÖVLƏRİ

Zabit Səmədov izlədi, boksçularımız növbəti mərhələyə keçdi

Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatı davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın növbəti günündə Azərbaycan idmançılarından ilk olaraq Rauf Rəhimov (81 kq) rinqə çıxıb.

Təssüff ki, 2011-ci ilin gənclər arasında Avropa çempionu hollandiyalı Petr Mullenberlə döyüşdən məğlub ayrılıb. Hər 3 hakim rəqib idmançının qələbəsini qeydə alıb – 29:27, 29:27, 29:26.

Günorta proqramında rinqə çıxan digər həmyerlimiz Heybətulla Hacəliyev isə (64 kq) boks həvəskarlarını qələbə ilə sevindirib. Milli komandamızın üzvü ukraynalı Vyaçeslav Kislitsinlə qarşılaşmada favorit sayılmasa da, qalib gəlib. Döyüşün nəticəsi ilə bağlı hər 3 hakimin rəyi eyni olub – 30:27, 29:28, 29:28. Boksçumuz 1/4 finalda moldovalı Dmitri Qalaqotla qarşılaşacaq.

Günün sonunda rinqə çıxan Elvin Məmşzadə də (52 kq) növbəti mərhələyə yüksəlib. Həmyerlimiz İspaniya təmsilçisi Xose de la Nievadan güclü olub – 30:27, 29:28, 29:28. Məmişzadə 1/4 finalda macarıstanlı Norbert Kaluzska ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının görüşlərini Minskdə yaşayan həmyerlilərimiz də izləyir. Onların arasında məhşur idmançı Zabit Səmədov da var.