08:48 04-06-2013
news_image
923
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz mövqeyini qorudu

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda aparıcı snayperlərimiz bir məsafədə mövqelərini yaxşılaşdırdıqları halda digərində geriləyiblər.

Belə ki, güllə atıcılarımızdan Olimpiya mükafatçımız İradə Aşumova 10 m məsafəyə atəş açmada 21 pillə irəli gedərək, 41-ci yerə yüksəlib. O, əvəzində 25 m məsafədən atəşaçanlar arasında 8 rəqibini özündən qabağa buraxıb (45-ci yer). Ruslan Lunyov isə 10 m və 25 m məsafələrə atəş açmaqda irəliləyib. O, siyahıda müvafiq olaraq, 44-cü (+37) və 21-cidir (+6). Təmsilçimiz 50 m məsafəyə atəş açmaqda isə 42-ci yeri (-9) tutur.

Stend atıcılarımıza gəlincə, Olimpiya çempionumuz Zemfira Meftahətdinov mövqeyini qoruyub. Skit növündə gücünü sınayan təmsilmiz yenə 29-cudur. Onun kimi Regina Meftahətdinovanın da mövqeyi dəyişməz qalıb – 52-ci yer. Onlarla müqayisədə, Emin Cəfərov bir rəqibini qabaqlayıb və 43-cü yerə yüksəlib.