09:22 04-06-2013
news_image
1444
DÇ-2014

Lüksemburq yığması 19 futbolçu ilə Bakıya gələsi oldu

Lüksemburq yığmasının Bakıya gələcək heyətində dəyişiklik olunub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Luk Holts heyətdə bəzi dəyişiklikləri edib.

Belə ki, “Jeness”in əslən portuqaliyalı olan müdafiəçisi Rikardu Aleyşu Delqadu və UNA-nın yarımmüdafiəçisi Deyvid Sinani yaxınlarda qabırğası qırılan Şarl Levek kimi Bakıya gəlməyəcək. Belədə Holts ilkin olaraq çağırdığı 22 futbolçudan 19-nu ölkəmizə gətirəcək.

Qapıçılar: Jonatan Juber (F91 Dudelanj), Mark Obervays (Jeness);

Müdafiəçilər: Ante Bukviç (Differdanj 03), Maksim Şano (“Beersxot”, Belçika), Erik Hoffmann (Jeness), Massimo Martino (F91 Dudelanj), Tom Latertsa (Fola), Kris Filipps (“Mets”in U-19 komandası, Fransa);

Yarımmüdafiəçilər: Loran Yans (Fola), Lars Qerson (“Norrçöpinq”, İsveç), Mario Mutş (“Sankt-Qallen”, İsveçrə), Ben Payal (F91 Dudelanj), Rene Peters (Hamm Benfika);

Hücumçular: Daniel Da Mota (F91 Dudelanj), Stefano Bensi (Fola), Moris Devil (“Elversberq”, Almaniya), Orelyen Yoaxim (“Villem II”, Hollandiya), Antonio Luis (Rasinq), David Turpel (Etsella).

Qeyd edək ki, bundan öncə Lüksemburq yığmasında Matias Yeniş, Tom Şnell, Qay Bleyz və Jil Bettmerin komandamıza qarşı oynamayacağı bəlli olmuşdu.