Azərbaycan və Misir güləş federasiyasiyaları arasında yığma komandaların birgə təlim-məşq toplanışları keçirilməsi (sərbəst və yunan-Roma güləşi) barədə razılıq əldə olunub. Apasport.az saytının məlumatına görə, razılığa əsasən Misir yığma komandaları iyunun 19-dək Bakıda birgə təlim-məşq toplanışında iştirak edirlər.
Afrikalılar ölkəmizə əsas heyətlə gəlib. Onların arasında yunan-Roma güləşi üzrə dünya çempionu Mohamed İbrahim Abdelfattah (96 kq) da var.
Ümumilikdə 30 nəfərə yaxın idmançı və məşqçi heyəti ilə ölkəmizə səfər edən Misir güləşçiləri təlim-məşq toplanışından sonra 17-ci Akdeniz Oyunlarına yollanacaq.
Qeyd edək ki, 17-ci Akdeniz Oyunları iyunun 20-30-da Türkiyənin Mersin şəhərində keçiriləcək.

17:43