12:52 04-06-2013
news_image
903
STOLÜSTÜ OYUNLAR

Rəcəbovla Məmmədyarov Pekinə gedəcək

İyulun 3-də Çinin paytaxtı Pekində start götürəcək Qran-pri çərçivəsində 5-ci turnirdə iştirak edəcək şahmatçıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 17-dək davam edəcək yarışda Azərbaycanı 2 qrossmeyster – Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov təmsil edəcək.

Onların rəqibləri isə Boris Gelfand (İsrail), Aniş Giri (Hollandiya), Aleksandr Qrişuk, Sergey Karyakin, Aleksandr Morozeviç (hər üçü Rusiya), Vasili İvançuk (Ukrayna), Qata Kamski (ABŞ), Peter Leko (Macarıstan), Veselen Topalov (Bolqarıstan) və Hao Vanq (Çin) olacaqlar.