01:44 06-06-2013
news_image
1056
DÖYÜŞ NÖVLƏRİ

Elvin Məmişzadə də bürünc medalı özünə təmin etdi

Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatının 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda milli komandamızın daha bir üzvü bürünc medalı özünə təmin edib.

Bu, Elvin Məmişzadədir. O, 1/4 finalda Macarıstan nümayəndəsi Norbert Kaluçza üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim həmyerlimizin qələbəsini qeydə alıb. Məmişzadənin növbəti rəqibi 2010-cu ilin Avropa çempionu, 2011-ci ilin dünya çempionatının gümüş mükafatçısı uelsli Endryu Selbi olacaq.

Bununla da, komandamız son Avropa çempionatındakı nəticəsini yaxşılaşdırıb. 2011-ci ildə 3 medal qazanan boksçularımız bu dəfə 4 mükafatı özlərinə təmin ediblər.

Qeyd edək ki, digər bürünc medalı özünə təmin etmiş boksçularımız Salman Əlizadə, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədovdur.