15:05 06-06-2013
news_image

Məhəmmədrəsul Məcidov: Qızıl medal üçün bacardığımı edəcəm

“Yarımfinalda rəqibim Belarus təmsilçisi Viktor Zuyev olacaq. Onun çox parlaq karyerası var”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) deyib.

Komandamızın lideri Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatının yarımfinal görüşü ilə bağlı fikirlərini açıqlayıb. Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məcidov karyerasında yalnız Avropa çempionatının medalının olmadığını deyərək, bunun üçün çalışacağını vurğulayıb: “Finala gedən yolda dünya, Avropa çempionatlarında mükafatları var. Çox təcrübəli idmançıdır. Bilirəm ki, yerli idmançılarla qarşılaşanda hakimlərin onlara rəğbəti olur. Odur ki, gərək rəqibindən bir baş güclü olmalısan. Karyeramda Avropa çempionatının medalı yoxdur. Bunu qazanmaq üçün bacardığımı edəcəm”.