10:59 07-06-2013
news_image
1016
STOLÜSTÜ OYUNLAR

9 ciddi rəqib

İyunun 12-23-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək Mixail Talın xatirəsinə həsr edilmiş şahmat üzrə ənənəvi beynəlxalq turnirin bütün iştirakçıları və təqvimi məlum olub. Apasport.az saytının məlumatına görə, sayca 8-ci dəfə baş tutacaq ənənəvi yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov (2753) təmsil edəcək.

Onun rəqibləri Maqnus Karlsen (Norveç, 2864), Vladimir Kramnik (2803), Sergey Karyakin (2782), Aleksandr Morozeviç (2760), Dmitri Andreykin (hamısı Rusiya, 2713), Vişvanatan Anand (Hindistan, 2786), Hikaru Nakamura (ABŞ, 2784), Fabiano Karuana (İtaliya, 2774) və Boris Gelfand (İsrail, 2755) olacaqlar. Dairəvi sistemlə keçiriləcək turnirdə ilk tur iyunun 13-nə təsadüf edəcək. Hər 3 turdan bir - iyunun 16-da və 20-də istirahət günləri olacaq.

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.