19:43 08-06-2013
news_image
1300
DÖYÜŞ NÖVLƏRİ

Məhəmmədrəsul Məcidov Avropa çempionu oldu

Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, idmançımız Məhəmmədrəsul Məcidov finalda rusiyalı Sergey Kuzminin məğlub edərək qızıl medal qazanıb.

Teymur Məmmədov finalda rusiyalı Aleksey Yeqorovа uduzaraq, “gümüş”lə kifayətlənib.

Xatırladaq ki, Elvin Məmişzadə və Salman Əlizadə Avropa çempionatının bürünc medalına layiq görülmüşdülər.