17:00 12-06-2013
news_image

Milli Məclisin deputatı Avropa çempionatında

Sabah Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın veteran idmançıları da mübarizə aparacaqlar.

Səfərə yollanan heyətə kifayət qədər titullu cüdoçularımızdan Zülfiyyə Hüseynova (70 kq), Elçin Mayılov (60 kq), Rəsul Səlimov (100 kq), Tərlan Poladov (81 kq), habelə Milli Məclisin deputatı Adil Əliyev (81 kq) daxildir. Ümumilikdə isə yığmamız Avropa çempionatında 22 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, yarış iyunun 15-də başa çatacaq.