Məmmədyarovdan uğurlu start - YENİLƏNİB
Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı sayca 8-ci yarışda, blits turnirini 6-cı yerdə tamamlayan Şəhriyar Məmmədyarov təmsil edir.
Açılış görüşündə qrossmeysterimiz blits turnirinin qalibi Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımız ABŞ-dan olan rəqibini məğlub edib.
Digər görüşlərdə Dmitri Andreykin Aleksandr Morozeviçlə və Boris Gelfand Sergey Karyakinlə heç-heçə edib.
Fabiano Karuana Vişvanatan Ananda, Maqnus Karlsen isə Vladimir Kramnikə qalib gəlib.
Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.
13 iyun
I tur
Hikaru Nakamura (ABŞ, 2784) - Şəhriyar Məmmədyarov (2753) – 0:1
Dmitri Andreykin (Rusiya, 2713) - Aleksandr Morozeviç (Rusiya, 2760) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2786) - Fabiano Karuana (İtaliya, 2774) - 0:1
Boris Gelfand (İsrail, 2755) - Sergey Karyakin (Rusiya, 2782) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2864) - Vladimir Kramnik (Rusiya, 2803) - 1:0
Xal durumu: Məmmədyarov, Karuana, Karlsen – 1, Gelfand, Karyakin, Andreykin, Morozeviç – 0,5, Nakamura, Anand, Kramnik – 0.