22:40 15-06-2013
news_image
1818
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan ardıcıl ikinci heç-heçə - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 3-cü günündə Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.

Qrossmeysterimiz yenə yerli şahmatçı ilə üz-üzə gəlib. Ötən gün rusiyalı zəka sahibi Aleksandr Morozeviçlə heç-heçə edən Məmmədyarov bu dəfə sonuncu pillədə qərarlaşan Vladimir Kramniklə qarşılaşıb. Məmmədyarov yenə rəqibi ilə xalları yarı bölüb.

Digər görüşlərdə isə Vişvanatan Anand Aleksandr Morozeviçi, Hikaru Nakamura Sergey Karyakini və Fabiano Karuana Maqnus Karlseni məğlub edib. Boris Gelfandla Dmitri Andreykin isə heç-heçəyə razılaşıb

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.


15 iyun
III tur

Vişvanatan Anand (Hindistan, 2786) - Aleksandr Morozeviç (Rusiya, 2760) – 1:0
Boris Gelfand (İsrail, 2755) - Dmitri Andreykin (Rusiya, 2713) – 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2864) - Fabiano Karuana (İtaliya, 2774) – 0:1
Hikaru Nakamura (ABŞ, 2784) - Sergey Karyakin (Rusiya, 2782) – 1:0
Şəhriyar Məmmədyarov (2753) - Vladimir Kramnik (Rusiya, 2803) - 0,5:0,5

Xal durumu: Məmmədyarov, Gelfand, Nakamura, Karuana – 2, Karlsen, Andreykin, Anand – 1,5, Karyakin, Morozeviç – 1, Kramnik – 0,5.