09:15 15-06-2013
news_image
1010
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında daha 3 medal

Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü də Azərbaycan yığması üçün uğurlu alınıb.

Belə ki, ilk gündə 2 qızıl və 1 bürünc medal qazanan veteran idmançılarımız daha 1 gümüş və 2 bürünc medala seviniblər. Komandamızın heyətində Vüqar Hüseynov (60 kq) finalda uduzduğu halda, Müşfiq Cəfərov (66 kq) və Mübariz Cəfərov (90 kq) 3-cü yerlə kifayətləniblər.

Digər idmançılarımızdan Azər Əsgərov (+100) 7-ci, Maqsud Mətənovla (73 kq) Tərlan Poladov (81 kq) 9-cu olublar.

Qeyd edək ki, təmsilçilərimizdən daha öncə Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) qızıl, Elçin Mayılovun (60 kq) isə bürünc medala yiyələnib. Avropa çempionatı isə bu gün başa çatacaq.