11:19 15-06-2013
news_image
1107
STOLÜSTÜ OYUNLAR

FİDE-dən 3 şahmatçımıza dəvət

Norveçin Tromso şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək şahmatçıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİDE-nin müəyyənləşdirdiyi 128 nəfərlik siyahıda 3 azərbaycanlı zəka sahibi də yer alıb.

Bunlar Teymur Rəcəbov (2789,22), Şəhriyar Məmmədyarov (2777,44) və Vasif Durarbəylidir (2012). FİDE ilk 2 qrossmeysterimizə reytinq cədvəlində tutduğu mövqeyə görə yer verdiyi halda, sonuncunun Avropa çempionatındakı nəticəsi əsas götürülüb.

Qeyd edək ki, Dünya Kuboku avqustun 10-da start götürəcək və sentyabrın 4-də başa çatacaq.