12:08 15-06-2013
news_image
1110
DÖYÜŞ NÖVLƏRİ

Universiadaya yollanacaq Azərbaycan millisinin heyəti açıqlandı

Rusiyanın Kazan şəhərində keçiriləcək Universiadaya yollanacaq boks üzrə Azərbaycan millisinin heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, iyulun 6-17-də baş tutacaq yarışa yığmamız tam heyətlə qatılacaq.

Kazan rinqində təmsilçilərimizdən Salman Əlizadə (49 kq), Tural Əhmədov (52 kq), Cavid Çələbiyev (56 kq), Şaban Şahpələngov (60 kq), Hebətulla Hacəliyev (64 kq), Elnur Süleymanov (69 kq), Emil Əhmədov (75 kq), Rauf Rəhimov (81 kq), Abdulqədir Abdullayev (91 kq) və Kamran Mehdiyev (+91 kq) nəyə qadir olduğunu nümayiş etdirəcək.

Qeyd edək ki, universiadanın təqviminə əsasən boks yarışları iyulun 5-də başlayacaq və ayın 10-da qaliblər müəyyənləşəcək.