15:35 15-06-2013
news_image
1012
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız 6-cı pillədə

Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk 2 gününün hərəsində 3 medal qazanan komandamız bu gün ənənəsini davam etdirə bilməyib. Tatamiyə çıxan veteran idmançılarımız məğlubiyyətə üzülüblər.

Beləliklə, səfərə 17 cüdoçu ilə yollanan millimiz çempionatda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Qeyd edək ki, komandamızın heyətində Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) 1-ci, Vüqar Hüseynov (60 kq) 2-ci, Elçin Mayılov (60 kq), Müşfiq Cəfərov (66 kq) və Mübariz Cəfərov (90 kq) 3-cü yeri tutublar. Yığmamız ümumi hesabda bu nəticə ilə hələlik 6-cı yerdədir.