20:31 15-06-2013
news_image
1323
DÖYÜŞ NÖVLƏRİ

Güləşçilər üçün əyləncə - FOTOSESSİYA

İyunun 18-dən 23-dək Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcəklər.

Bu gün Bakıdakı “Megafun” Əyləncə Mərkəzində Avropa çempionatına yollanacaq güləşçilərin əhval-ruhiyyələrini yüksəltmək üçün əyləncəli tədbir təşkil olunub. Güləşçilər müxtəlif əyləncəli proqramları izləyib, müxtəlif oyunlar oynayıb və boulinq yarışında güclərini sınayıb.