19:15 17-06-2013
news_image
1517
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov yenə “sülh”ə razılaşdı - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 4-cü günündə Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxıb.

Qrossmeysterimiz yenə yerli şahmatçı ilə münasibətlərinə aydınlıq gətirib. Yarışın III günü rusiyalı zəka sahibi Vladimir Kramniklə heç-heçə edən Məmmədyarov bu dəfə Sergey Karyakinlə üz-üzə gəlib.

Təmsilçimiz ardıcıl üçüncü dəfə xalları yarı bölüb.

Digər görüşlərdə isə Hikaru Nakamura Fabiano Karuananı məğlub edib. Aleksandr Morozeviç Vladimir Kramniklə, Dmitri Andreykin Maqnus Karlsenlə, Vişvanatan Anand isə Boris Gelfandla “sülh”ə razılaşıb.

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.

17 iyun
IV tur

Aleksandr Morozeviç (Rusiya, 2760) - Vladimir Kramnik (Rusiya, 2803) – 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2782) - Şəhriyar Məmmədyarov (2753) – 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2774) - Hikaru Nakamura (ABŞ, 2784) – 0:1
Dmitri Andreykin (Rusiya, 2713) - Maqnus Karlsen (Norveç, 2864) – 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2786) - Boris Gelfand (İsrail, 2755) – 0,5:0,5

Xal durumu: Nakamura – 3, Məmmədyarov, Gelfand – 2,5, Karuana, Karlsen, Andreykin, Anand – 2, Karyakin, Morozeviç – 1,5, Kramnik – 1.