19:40 18-06-2013
news_image
1742
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan ardıcıl 4-cü heç-heçə - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 5-ci günündə Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.

Qrossmeysterimiz italiyalı şahmatçı Fabiano Karuana ilə qarşılaşıb. Görüşdə təmsilçimiz yenə xalları yarı bölüb. Bu isə Şəhriyarın turnirdə ardıcıl 4-cü heç-heçəsi olub. Məmmədyarov yalnız yarışın startında qələbə qazanıb.

Digər görüşlərdə də Hikaru Nakamura ilə Dmitri Andreykin və Vladimir Kramniklə Sergey Karyakin heç-heçə edib. Aleksandr Morozeviç isə Boris Gelfand, Vişvanatan Anand Maqnus Karlsenə uduzub.

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.


18 iyun
V tur

Boris Gelfand (İsrail, 2755) - Aleksandr Morozeviç (Rusiya, 2760) - 1:0
Maqnus Karlsen (Norveç, 2864) - Vişvanatan Anand (Hindistan, 2786) - 1:0
Hikaru Nakamura (ABŞ, 2784) - Dmitri Andreykin (Rusiya, 2713) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2753) - Fabiano Karuana (İtaliya, 2774) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2803) - Sergey Karyakin (Rusiya, 2782) - 0,5:0,5


Xal durumu: Nakamura, Gelfand – 3,5, Karlsen, Məmmədyarov – 3, Andreykin, Karuana – 2,5, Anand, Karyakin – 2, Morozeviç , Kramnik – 1,5.