10:00 18-06-2013
news_image
1581
DİGƏR NÖVLƏR

Veloparkda bayram yarışı - FOTO

İyunun 15-də Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yerləşən Velosiped parkında baş tutan tədbirə 500 nəfərdən çox velosipedçi qatılıb.

Əvvəlcə 7-12 yaş arası uşaqlar arasında vaxt ilə fərdi ötüşmə keçirilib. Sonra həvəskar qızlardan ibarət dəstə qrup ötüşməsinə qatılıb. Ardından həvəskar velosipedçilər arasında fərdi ötüşmə ilə bayk (mountain bike) və şosse yarışması da keçirilib.

Bundan sonra 15 yaşlı uşaqlar (U-15), gənclər (U-17) və elit qruplar (U-23) yarışa qatılıblar. U-15 qrupuna daxil olan idmançılar 5.5 km, gənclər qrupu 15.5 km, elit qrup isə 29.6 km məsafə qət ediblər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.